Fevral ayında Səudiyyə İnkişaf Fondunun nümayəndələrinin Azərbaycana işgüzar səfəri planlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən(KOBİA) bildirilib. Qeyd edilib ki, səfərin məqsədi fondun Səudiyyə İxrac Proqramı çərçivəsində ölkəmizə idxal oluna biləcək mal və xidmətlərin güzəştli maliyyələşdirilməsində maraqlı olan Azərbaycan sahibkarlarla tanışlıq və bu proqram çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etməkdir.
Səudiyyə İnkişaf Fondunun nümayəndələri ilə görüşdə maraqlı olan sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər.