2019-cu ildə Azərbaycanla Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 227 milyon ABŞ dollarını ötüb ki, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.
YeniAvropa xəbər verir ki, bu barədə Belarus Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə Azərbaycana Belarusdan idxal 206,2 milyon dollar, Azərbaycandan Belarusa ixracın həcmi isə 21,1 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2018-ci il Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 204 milyon dollara yaxın olub ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən təxminən 56 milyon dollar çoxdur.