“Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Buta Airways” aviaşirkətləri hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.
YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"ın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, o cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar reallaşdırır və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.