logo

Azərbaycanda ilk ödənişli yol 2020-ci ilidə istifadəyə veriləcək

10:42 24-02-2018 | icon 2849
Azərbaycanda ilk ödənişli yol 2020-ci ilidə istifadəyə veriləcək

Azərbaycanda ilk ödənişli yolun tikintisi 2020-ci ilin əvvəlində yekunlaşacaq. 

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Bakı-Rusiya sərhədi arasında tikiləcək yeni avtomobil yolunun tikintisi 2020-ci ilin əvvəllərində başa çatacaq. Bakı-Rusiya sərhədinin 43-cü kilometrliyində yerləşən Tağıyev qəsəbəsindən 208-ci kilometrə qədər olan məsafəni əhatə edən yolun tikintisinə artıq başlanılıb. Gələcəkdə bu yol Azərbaycanda ilk ödənişli yol olacaq.