Yasamal rayonunun Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq küçə boyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, qismən məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.