“AppLab” proqramının məzunları və yeni iştirakçıları bir arada
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” özünün “AppLab” inkişaf və inkubasiya proqramının məzunlarını və yeni iştirakçılarını bir araya gətirib.
Şirkətdən YeniAvropa-ya bildirilib ki, ötən mövsümdə “AppLab”da iştirak etmiş layihələrin uğurlarını qeyd etmək və proqrama yeni seçilmiş komandaları təbrik etmək üçün təşkil olunan tədbirdə “Blutu”, “ARzoom”, “Buket.al”, “Garden”, “Mango”, “CineManiac” və “MoodMusic” layihələrinin müəllifləri ideyaların hazır və bazarda tələb olunan məhsullara çevrilməsində “AppLab”ın mühüm rolu haqqında danışıblar.
Proqrama yeni qəbul olunan komandalar isə (“Run2Help”, “Way To Future”, “Vavelya”, “Tusi” və “MadebyAz” layihələri) öz ideyalarını təqdim edib və bu fürsətə görə “Bakcell” şirkətinə öz təşəkkürlərini bildiriblər.
"“Bakcell” şirkəti olaraq biz Azərbaycanın gənc developerlərinin böyük potensiala malik olduqlarından əminik və inanırıq ki, bu gənclərin ideyaları tək yerli bazar deyil, hətta beynəlxalq səviyyədə belə, rəqabət apara biləcək məhsul və xidmətlərə çevrilə bilər. İnnovasiya sahəsində lider olan “Bakcell” gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır. Gördüyünüz kimi, zəhmətimiz öz bəhrəsini verir və biz “AppLab” iştirakçıları arasında bu qədər uğurlu layihələrin olması ilə qürur duyuruq”, - deyə şirkətin baş icraçı direktoru Nikolai Beckers bildirib.
“AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz internet, masa və təlim otaqları ilə yanaşı, üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.
Proqramın fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. “AppLab” Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq “Android” və “iOS” əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər.
“Bakcell” yerli gənc istedadların öz startap layihələrini həyata keçirə bilməsinə kömək edir və beləliklə də Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb