logo

Azərbaycan Asiya İnkişaf Bankından daha 250 milyon dollar borc alıb

23:21 24-12-2019 | icon 2982
Azərbaycan Asiya İnkişaf Bankından daha 250 milyon dollar borc alıb

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) 250 milyon ABŞ dolları dəyərində kredit sazişi imzalanıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Bankın Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki,bu,  AİB-in Azərbaycan hökuməti ilə birgə reallaşdırdığı “İdarəçiliyin təkmilləşdirilməsi və səmərəli dövlət sektoru proqramı – Alt proqram 2” çərçivəsində təsdiq etdiyi 500 milyon dollarlıq kreditin 2-ci hissəsidir. Sazişi maliyyə naziri Samir Şəriofov və Bankın yerli nümayəndəliyinin rəhbəri rəhbəri Nəriman Mannapbekov imzalayıb.

Xatırladaq ki, Azərbaycan AİB ilə təxminən 20 ildir ki, əməkdaşlıq edir. Bank Azərbaycanda dövlət və özəl sektorlara aid 80-dən çox layihənin həyata keçirilməsi üçün kredit, zəmanət, texniki dəstək qrantları çərçivəsində 5 milyard dollara yaxın vəsait ayırıb.