logo

11 ayda BTC  kəməri ilə 28,5 milyon tondan çox neft daşınıb

15:46 18-12-2019 | icon 2961
11 ayda BTC  kəməri ilə 28,5 milyon tondan çox neft daşınıb

Cari ildə Azərbaycandakı magistral neft kəmərləri ilə 35 milyon 488 min ton neft nəql olunub.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, nəqletmənin 80,4 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-noyabr aylarında bu kəmərlə 28 milyon 537,7 min ton neft nəql edilib. Hesabat dövründə BTC ilə 4 milyon 141,2 min ton tranzit nefti də ötürülüb.