Yanvar-noyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 24 milyard 534,3 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 17,3 faiz artım müşahidə olunub.
YeniAvropa xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, 11 ayda qaz nəqlinin 38,2 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 9 milyard 361,2 milyon kubmetr təbii qaz ixrac edilib.