“SOCAR-Petrofac” "BP" ilə 3 illik müqavilə imzaladı
“SOCAR-Petrofac” birgə müəssisəsi (SPC) BP-nin Azərbaycan və Gürcüstanda həyata keçirdiyi əməliyyatları dəstəkləmək məqsədilə layihə menecmenti xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalayıb.
SOCAR-dan YeniAvropa-ya bildirilib ki, 3 il müddətinə bağlanmış müqavilə Xəzər dənizində BP-nin əməliyyatçı olduğu layihələrdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” blokunun, “Şahdəniz” yatağının, Bakı-Tbilisi-Ceyhan, Cənub Qafqaz Boru Kəməri və Qərb İxrac Kəməri layihələri çərçivəsində quru və dəniz əməliyyatlarının dəstəklənməsini nəzərdə tutur.
“Petrofac” şirkətinin Şərq Mühəndislik, Tədarük və Tikinti bölməsinin idarəedici direktoru Mani Racapati deyib: “Biz əsas tərəfdaşımız SOCAR-la birlikdə regionda xidmət təkliflərimizi genişləndirməkdə davam edirik. On beş ildən artıqdır Azərbaycanda çalışan “Petrofac” burada ixtisasartırma imkanları yaradır, ölkənin neft və neft-kimya sənayesində xidmətlər göstərir. Bu, bizim beynəlxalq fəaliyyətimizin güclənməsinə zəmin yaradır. Biz əvvəl də regionda BP ilə əməkdaşlıq etmişik və bu şirkətin Azərbaycanda və Gürcüstanda həyata keçirdiyi əhəmiyyətli layihələrə təhlükəsiz, etibarlı və effektiv dəstək verməyə hazırıq”.
SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib: “Biz “Petrofac” ilə uğurlu əməkdaşlıq qurmuşuq və bu əməkdaşlıq genişlənməkdə davam edir. Birgə müəssisə özündə bizim müvafiq təcrübəmizi, yerli biliklərimizi və dərin potensialımızı birləşdirir. Çox şadam ki, dünyada neft və qaz hasilatının əsas qədim məskənlərindən olan Xəzər regionunda BP ilə əməkdaşlıq istiqamətində belə bir müqavilə imzalanıb”.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb