Dekabrın 16-da “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan İranın Məşhəd şəhəri arasında birbaşa aviareyslərə başlayıb.
YeniAvropa xəbər verir ki, Bakı-Məşhəd aviareysinin sərnişinləri arasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də olub.
Bununla bağlı keçirilən mərasimdə çıxış edən səfir C.Cahangirzadə İran-Azərbaycan əlaqələrinin inkişaf etdiyini, yeni aviareysin ikitərəfli turizm əlaqələrinə töhfə verəcəyini bildirib.
Qeyd edək ki, Bakı-Məşhəd-Bakı aviareysi həftədə 2 dəfə həyata keçiriləcək.