Bu ilin 11 ayında ölkədən 10 milyard 464,9 milyon m3 təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) YeniAvropa-ya verilən məlumata görə, yanvar-noyabr aylarında ixrac edilən təbii qazın dəyəri 2 milyard ABŞ dollarından çox olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə ölkədən 6 milyard 450,6 milyon m3 təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 1 milyard 256,1 milyon dollar olub.