logo

"Azercell"dən 5G virtual oyunları və fotomüsabiqə!

16:10 12-12-2019 | icon 3066
"Azercell"dən 5G virtual oyunları və fotomüsabiqə!

"Azercell Telekom" ənənəsinə sadiq qalaraq bu il də dekabrın 1-dən yanvarın 6-dək “Nargis Fund” tərəfindən Fəvvarələr meydanında keçirilən “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına dəstək olur.

 YeniAvropa xəbər verir  ki, xeyriyyə yarmarkasından toplanan vəsait ənənəyə uyğun olaraq, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatlarına sərf ediləcək.

Ötən ay Bakının Fəvvarələr Meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən "Azercell" şirkəti bu ilki yarmarka ziyarətçilərinə müasir zamanın ən qabaqcıl və sürətli əyləncə vasitəsi - 5G virtial oyunlarını təqdim edir. Belə ki, heç bir ləngimə olmadan, sürətli və etibarlı bağlantını təmin olunduğu əsl oyun həyəcanını yarmarkaya gələn hər kəs özü yaşaya bilər. İştirakçılar xüsusi Oculus RIFT dəsti vasitəsilə  virtual idman ərazisində “multiplayer” rejimində  özlərini çoxsaylı oyunçulardan biri olaraq  təsəvvür edəcəklər. Bütün bunlar Azercell-in ölkəmizdə ilk dəfə olaraq test rejimində təqdim etdiyi 5G sürəti ilə mümkün olacaq.

Bundan əlavə, "Azercell" “Soyuq Əllər, İsti Ürək” yarmarkasına gələn hər kəs üçün Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Rəqəmsal dünyada da həmrəy olaq!” şüarı altında foto müsabiqə elan edir. 5 yanvar 2020-ci il tarixinə qədər keçiriləcək müsabiqənin iştirakçıları müsabiqə mövzusunun atributikasına aid çəkdikləri şəkli Azercell heşteqi altında Facebook və İnstagram səhifələrində yükləməklə şirkətdən dəyərli hədiyyələr əldə edəcəklər.
Müsabiqənin şərtləri ilə aşağıdakı səhifə vasitəsilə daha ətraflı tanış olmaq olar: www.azercell.com/musabiqe

Beləliklə, “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının "Azercell" guşəsini ziyarət edən hər kəs soyuq qış günlərində həm əylənə, həm də hədiyyə qazana biləcək. 

0-12