Yeni yaradılacaq Azərbaycan-Gürcüstan birgə ali məktəbi Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Xəbərdə qeyd edilib ki, bu təhsil müəssisəsində istənilən xarici ölkənin vətəndaşı təhsil ala biləcək. "Ali məktəbdə kimlərinsə təhsil almasına məhdudiyyətlər qoyulmayacaq. Amma, əsasən, Gürcüstanda Azərbaycan icmasından olan tələbələr təhsil alacaq",-deyə məlumatda qeyd edilib.