Respublikanın daxili işlər orqanları tərəfindən ötən sutka ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 15-i “isti izlər”lə açılıb. YeniAvropa xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, axtarışda olduğuna görə 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.