logo

Qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb

13:52 20-02-2018 | icon 2317
Qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb

Fevralın 19-u gecə saatlarında baş verən qar uçqunu səbəbindən bağlanan Quba-Xınalıq yolu açılıb.

YeniAvropa Quba  RİH-nə istinadla xəbər verir  ki,  ötən gün axşam saat 18:00-dan etibarən həmin istiqamətdəki kəndlərlə nəqliyyat əlaqəsi bərpa olunub.

Qar uçqunu Quba-Xınalıq yolunun 35-37-ci kilometrliyində, dörd yerdə qeydə alınmışdı. Uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 4-5 metrə çatırdı.

Qeyd edək ki, fevralın 18-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb. Ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 43 santimetrə çatıb.