Bu gün Yalançı Çərşənbədir
Bu gün Novruz çərşənbələrindən əvvəlincisi-yalançı çərşənbədir.
YeniAvropa xəbər verir ki, Qədimdə böyük səbirsizliklə yazın gəlişini gözləyən insanlar 40 gün davam edən böyük çilləni yola saldıqdan sonra Novruza qədər olan 1 ay 20 günü, yəni həftənin hər çərşənbəsini müəyyən mərasimlərlə qeyd ediblər. Həmin çərşənbələrin lap əvvəlincisinə "Yalançı Çərşənbə", sonuncusuna isə “İlaxır çərşənbə” deyilib.
İnanca görə, yalançı çərşənbə insanlara qarışıq dünyadan nizamlı dünyaya çıxmağın yaxınlaşdığı ismarıcını verir. Çünki bu, həm də elə bir zaman aralığıdır ki, artıq sərt qış fəslinin təbiətə qədəm basmasından təxminən qırx günlük müddət ötmüş olur. Xalq düşüncəsinə görə, kiçik çillənin ortasında, yəni Novruzun ilk müjdəçisi Xıdır Nəbinin gəlişi ilə təbiət tədricən oyanmağa başlayır. İnsanlar yalançı çərşənbə ayinlərini icra edirlər. Təbiətin nizamını bərpa edən doğruçu hesab olunan çərşənbələrin şənlik və təmtərağından fərqli olaraq, yalançı çərşənbənin gəlişi nisbətən sakit qeyd edilir. Belə ki, yalançı çərşənbə qeyd olunan evlərdə günəşin qürub vaxtı ayrı-ayrı həyətlərdə küləş və samandan alovu gur olmayan tonqallar yandırılır. Yalançı çərşənbədə digər çərşənbələrdə olduğu kimi, çoxsaylı ayinlər icra edilmir, evlərdə xüsusi süfrə açılmır. Bütün bunlar yalançı çərşənbənin aldadıcı olduğunu, insanların hələ də onun istisini təbiətdə, evlərində, həyətlərində hiss etmədiyini göstərir. Bir sözlə, yalançı çərşənbə adında ifadə olunan mənanı özündə daşıyır və ona uyğun görüntü yaradır.
Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsi isə gələn həftə, fevralın 27-də qeyd ediləcək.Azərbaycan Milli Elmlər Akademiyasından YeniAvropa-ya bildirilib ki, Od çərşənbəsi martın 6-da, Yel çərşənbəsi martın 13-də, İlaxır - Torpaq çərşənbəsi isə martın 20-də qeyd olunacaq.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb