Nazir Ramin Quluzadə AmCham Azerbaijan-ın işgüzar naharında
Dekabrın 19-da Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham Azerbaijan) “Hewlett Packard Enterprise” (HPE) şirkətinin dəstəyi ilə öz üzvləri üçün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə işgüzar nahar təşkil edib.Naharda ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri də daxil olmaqla, 150-dək qonaq iştirak edib. Tədbirdə Azərbaycandakı Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimov və icraçı direktor Natəvan Məmmədova təmsil etdikləri qurumun fəaliyyəti barədə məlumat veriblər.
Görüş üçün Amerika-Azərbaycan Ticarət Palatasına təşəkkür edən nazir Ramin Quluzadə nəqliyyat, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı istiqamətində Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən işlər barədə məlumat verib. Qeyd edilib ki, Strateji Yol Xəritəsi ilə müəyyən edilmiş hədəflərə çatmaq üçün Bakıda və regionlarda genişzolaqlı şəbəkə qurulur, yeni texnologiyalar, o cümlədən LTE texnologiyası tətbiq olunur. Azərbaycanın, regionun ən təhlükəsiz DATA Mərkəzinə malik olduğunu xatırladan nazir Yevlax şəhərində Ehtiyat Data Mərkəzinin qurulduğunu bildirib. Mərkəzin fəaliyyətinin genişləndirilməsi üçün bu yaxınlarda “Microsoft” şirkəti ilə memorandum imzalandığı diqqətə çatdırıb. Nazir müasir iqtisadi münasibətlər və inkişaf üçün İKT-nin tətbiqinin qaçılmaz olduğunu vurğulayıb. O, bunun üçün elektron mühitin genişləndirilməsinin vacibliyini qeyd edib.
“Elektron xidmətlərin cəmləşdiyi vahid platforma olan “Elektron hökumət” portalı vasitəsilə hazırda 89 qurum tərəfindən vətəndaşlara 440 sayda elektron xidmət göstərilir. Bu say, təbii ki, daimi olaraq artırılır. Portalın daimi istifadəçilərinin sayı 700 mindir. Ümumilikdə elektron xidmətlərə müraciət sayı isə 60 milyonu ötüb.
Qeyd edək ki, palatanın təşəbbüsü olan və “Amcham Azerbaijan” tərəfindən hər ay təşkil olunan işgüzar naharda yüksək vəzifəli hökumət rəsmiləri, Milli Məclisin üzvləri və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Amerika Ticarət Palatası Azərbaycanda xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış “AmCham Azerbaijan” iqtisadiyyatın hər bir sektorunda fəal olan 280-dən çox daimi üzvdən və müxbir üzvdən ibarətdir. “AmCham Azerbaijan” ölkədə bütün xarici investisiyaların təxminən 80 faizini, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb