Bakıda Dayanıqlı İnkişaf Məqsədləri müzakirə edilir
Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Azərbaycanın kənd və şəhər ərazilərində layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında artan tərəqqi” adlı layihəsinin nəticələrinə həsr olunmuş konfrans keçirilir.
YeniAvropa xəbər verir ki, tədbirdə Nazirlər Kabinetinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), BMT-nin Rezident Əlaqələndiricisinin, BƏT və digər təşkilatların nümayəndələri iştirak edir.
Konfransın açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası sahəsində Azərbaycanın əldə etdiyi nümunəvi uğurların ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin nəticəsi olduğunu vurğulayıb.
Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası sahəsində Azərbaycanın ardıcıl və sistemli yanaşma nümayiş etdirdiyini bildirən M.Kərimli Baş Nazirin müavininin rəhbərlik etdiyi Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının fəaliyyət göstərdiyini, cari ilin iyul ayında dayanıqlı inkişaf üzrə könüllü 2-ci milli hesabatın Nyu-Yorkda uğurla təqdim olunduğunu deyib. M.Kərimli qeyd olunan Məqsədlərin icrası sahəsində BƏT-lə əməkdaşlıqdan bəhs edib. Bildirib ki, BƏT-in yeni gündəliyi Əməyin Gələcəyi üzrə Qlobal Komissiyanın 2019-cu il 22 yanvar tarixli hesabatına əsaslanır. Komissiya iqtisadi artım və inkişaf üçün İnsanyönümlü Gündəlik təklif edib. Əlamətdar haldır ki, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial siyasət də məhz bu prinsipə əsaslanır və əsasən iki məqsədə - əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına və əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Nazir müavini xidmətlərin keyfiyyətinin artırılması sahəsində uğurlu nümunələr kimi DOST layihəsini, avtomatlaşdırılmış pensiya təyinatını, “e-sosial” portalını, “Məşğulluq” alt-sistemini qeyd edib.
M.Kərimli ölkəmizdə Məşğulluq Strategiyasının hazırlanmasına, özünüməşğulluq proqramının tərtib olunmasına, Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılmasına BƏT-in dəstəyini, Azərbaycanın regionda BƏT üçün uğur nümunəsi olduğunu qeyd edib. Bildirib ki, gənclərin məşğulluğu, özünüməşğulluq və Üçtərəfli Komissiyanın yaradılması ilə bağlı ölkəmizin təcrübəsi BƏT tərəfindən müsbət təcrübələr kimi digər ölkələrə tövsiyə edilib. BƏT-lə əməkdaşlığımızda geniş potensiala malik olan mühüm bir sahə milli təcrübələrimizin ekspertlərimiz vasitəsilə digər ölkələrə ixrac olunmasıdır.
BMT-nin “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”nin icrası ilə bağlı Azərbaycanın BƏT tərəfindən region üzrə fokus ölkə seçildiyini deyən nazir müavini qeyd edib ki, bununla bağlı, 2018-ci ilin may ayında Azərbaycan DİM-lərdən 8-ci Məqsədin həyata keçirilməsinə həsr olunmuş beynəlxalq konfransa ev sahibliyi edib. BƏT-in baş direktoru ötən il mayın 20-dən 22 -dək ölkəmizə səfəri zamanı Azərbaycanda aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib. Ölkəmizin beynəlxalq aləmdəki daim artan nüfuzu, son illərdə əldə edilmiş sosial-iqtisadi uğurları, həyata keçirilən səmərəli praktiki əməkdaşlıq sayəsində Azərbaycan (hökumət qrupu üzrə) BƏT-ə üzvlüyü ərzində ilk dəfə 2017-ci ilin iyun ayında BƏT-in İdarə Heyətinin üzvü seçilib.
M.Kərimli “Layiqli əməyin və inklüziv iqtisadi artımın təşviqi vasitəsilə DİM-in icrasında artan tərəqqi” adlı BƏT layihəsi çərçivəsində həyata keçirilmiş tədbirlərin DİM-lərin icrasına əsaslı töhfə verdiyini deyib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb