9 aydaTürkiyə Azərbaycandan 6,8 milyard m3-dən qaz idxal edib
Bu ilin ötən 9 ayında Türkiyəyə Azərbaycandan təbii qaz idxalının həcmi 6 milyard 863 milyon kubmetr təşkil edib.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, sentyabrda Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi avqustla müqayisədə 84 milyon kubmetr artıb. belə ki, sentyabrda Türkiyə Azərbaycandan 819 milyon kubmetr təbii qaz idxal edib. Azərbaycan sentyabrda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan (1,002 milyard kubmetr) sonra ikinci olub.
Bildirilib ki, bu ilin yanvarında Türkiyə 808,3 milyon kubmetr, fevralda 683,2 milyon kubmetr, martda 772,4 milyon kubmetr, apreldə 724,8 milyon kubmetr, mayda 770 milyon kubmetr, iyunda 650,6 milyon kubmetr, iyulda 899,9 milyon kubmetr, avqustda 735 milyon kubmetr, sentyabrda isə 819 milyon kubmetr Azərbaycan qazı alıb. Doqquz ayda qardaş ölkənin Azərbaycandan təbii qaz idxalının həcmi 6 milyard 863 milyon kubmetr təşkil edib.
Qeyd edək ki, keçən il Türkiyəyə Azərbaycandan 7 milyard 527 milyon kubmetr təbii qaz ixrac olunub.
Türkiyə Azərbaycandan təbii qazı Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. 2006-cı ilin sonlarında istismara verilən CQBK hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Bu ilin 9 ayında CQBK və genişləndirilən Cənubi Qafqaz Boru Kəmərinin (CQBKG) birgə gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olub. Doqquz ayda CQBK ilə bağlı fəaliyyətlərə təqribən 33 milyon dollar əməliyyat və 28 milyon dollar isə əsaslı xərclər sərf edilib. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.
Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator – 28,8 faiz), “AzSCP” (10 faiz), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).
Keçən il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Bu vaxtadək TANAP-la Türkiyəyə 3 milyard kubmetrdən çox “Şahdəniz” qazı nəql edilib. TANAP boru kəməri bu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-la bu il 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP boru kəmərinin ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb