Hindistanın biznes nümayəndə heyəti Bakıda səfərdədir
Hindistanın aparıcı biznes palatalarından biri olan Hindistan Sənaye Konfederasiyasının (CII) 6 üzvdən ibarət biznes nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə Hindistanın ölkəmizdəki səfirliyindən bildirilib.Йунв увшдши ki, nümayəndə heyəti energetika, turizm, təhsil, tikinti və kənd təsərrüfatı kimi əsas sektorlarda fəaliyyət göstərən şirkətlərin nümayəndələrindən ibarətdir. Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən fəal şəkildə dəstəklənən səfər müddətində nümayəndə heyəti Yeni Bakı Limanı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), AZPROMO və Azərbaycanın Ticarət və Sənaye Palatasının rəsmiləri ilə görüşlər keçirib. Nümayəndə heyəti, həmçinin Sumqayıt Sənaye Parkını ziyarət edərək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini ilə müzakirələr aparıb.
Əllidən çox şirkətin iştirak etdiyi və noyabrın 21-də Hindistanın ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan B2B görüşlər biznes əlaqələrinin qurulması üçün çox yaxşı imkan yaradıb. Biznes simpozium isə energetika, kənd təsərrüfatı, turizm və sair sahələrdə fəaliyyət göstərən 60-dan çox şirkətin nümayəndələrini bir araya toplayıb.
Sənaye Konfederasiyasının nümayəndə heyətinin əhəmiyyətini vurğulayan Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna Azərbaycanda aparılan islahatlar və biznes mühitinin sürətlə təkmilləşməsi nəticəsində Hindistan şirkətlərinin Azərbaycan bazarında öz fəaliyyətlərini genişləndirməyə artan maraq göstərdiyini qeyd edib. Hindistanda baş verən iqtisadi dəyişiklikləri vurğulayan səfir mövcud biznes ve investisiya imkanları haqqında məlumat verib.
Biznes simpoziumda çıxış edən Azərbaycanın Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev iki ölkə arasında ikitərəfli ticarətin həcminin mövcud potensialdan aşağı olmasını qeyd edərək biznes əlaqələrinin inkişaf etdirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb. O, energetika, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə, mədəniyyət, informasiya texnologiyası və nəqliyyat və sair kimi sahələrdə hər iki ölkə şirkətlərinin əlaqələrini genişləndirə biləcəyini vurğuladı.
Özəl, ictimai və kiçik və orta sahibkarlıq sektorlarından 9000-dən çox üzvü, 300 mindən çox qeyri-müstəqim üzvlüyü və Avstraliya, Birləşmiş Krallıq, Almaniya, Sinqapur kimi ölkələrdə 11 xarici ofisi olan Hindistan Sənaye Konfederasiyası ölkənin ən böyük biznes palatalarından biridir. Hindistan Sənaye Konfederasiyası nümayəndə heyətinin bu səfərindən öncə bu ilin martında Hindistan PHD Ticarət və Palatasının (PHDCCI) rəhbərlik etdiyi 75 şirkətin təmsil olunduğu nümayəndə heyəti, iyulun 1-2-də Hindistan İxrac Təşkilatları Federasiyasının (FIEO) və Hindistan PHD Ticarət və Palatasının (PHDCCI) 28 üzvdən ibarət birgə çox məhsullu biznes nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb