logo

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

10:29 23-11-2019 | icon 2989
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçib

Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.

 YeniAvropa xəbər verir  ki,bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, ötən gecə bəzi ərazilərin elektrik enerjisi təchizatında qısamüddətli fasilə olub. "Azərişıq" rəhbərliyi başda olmaqla, Bakı şəhəri və regional texniki departamentlərin, həmçinin qəza xidmətinin əməkdaşları hazırda iş başındadırlar. Baş verə biləcək qəza hallarının qarşısının operativ surətdə alınması məqsədilə əlavə mal-material, maşın-mexanizmlər ayrılaraq Bakının ətraf kənd-qəsəbələri və regionlara göndərilib. Gecə saatlarında leysan yağışları səbəbindən Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində olan Güzdək-Çaylı, Aran RETSİ ərazisində olan Ağcabədi hava elektrik veriliş xətlərində açılma baş verib, əməkdaşlarımız tərəfindən operativ şəkildə aradan qaldırılıb.

"Xatırladım ki, son illər ASC-nin elektrik şəbəkələrində apardığı yenidənqurma işləri nəticəsində ciddi qəzalar baş verməyib. Hava şəraitinin kəskin keçməsinə baxmayaraq, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur", - deyə T.Mustafayev əlavə edib.