Noyabrın 22-də Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilir.
YeniAvropa xəbər verir ki, forum çərçivəsində təşkil olunmuş Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, Azərbaycan-Rusiya İşgüzar Şurası idarə heyətinin sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar şurasının sədri Aleksey Repik çıxış ediblər.
Bu gün forum işini “Sənaye sahəsində əməkdaşlıq”, “Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspetktivləri”, “Turizm sahəsində əməkdaşlığın inkişafı”, “Humanitar sahədə əməkdaşlıq” mövzularında dəyirmi masalarla davam etdirəcək.
İki gün davam edəcək tədbirdə Azərbaycanın və Rusiyanın dövlət rəsmiləri, deputatlar, biznes dairələrinin nümayəndələri iştirak edirlər.
Noyabrın 23-də forum işini davam etdirəcək, Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan" pavilyonunun açılışı olacaq.