Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb.
YeniAvropa xəbər verir ki, bu haqda Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər. Məlumatda qeyd edilib ki, ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 43 santimetrə çatıb.
Bundan başqa, Qubanın Qırız kəndində (40 sm), Qonaqkənddə (20 sm), Qusarın Ləzə kəndində (31 sm) və Xızının Altıağac qəsəbəsində (16 sm) də yağıntının miqdarı çox olub. Quba və Qusarın mərkəzinə isə 3-4 santimetr qar yağıb.
Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 2-7 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız və Xınalıq kəndlərində qeydə alınıb.