logo

Vəkillər Kollegiyasının Rəyasət Heyəti yeni inzibati binada fəaliyyət göstərəcək

22:54 18-02-2018 | icon 1897
Vəkillər Kollegiyasının Rəyasət Heyəti yeni inzibati binada fəaliyyət göstərəcək

Vəkillər Kollegiyasının Rəyasət Heyəti fevralın 19-dan fəaliyyətini yeni inzibati binada – Ceyhun Hacıbəyli küçəsi 100 ünvanında (Respublika Hərbi Prokurorluğunun yanı) davam etdirəcək.

Kollegiyanın Rəyasət Heyətindən YeniAvropa-ya bildiriblər ki, müasir standartlara cavab verən yeni inzibati binada Rəyasət Heyətinin, Vəkillərin İntizam və İxtisas komissiyalarının fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri şəraitlə təmin olunub.

Bundan əlavə, yeni binada gələcəkdə vəkillərin qruplar şəklində müxtəlif tədris tədbirlərinə cəlb olunmaları üçün də lazımi şərait yaradılıb.