Litvada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin qarşıdan gələn 100 illik yubileyi münasibətilə Litvadakı Azərbaycan diaspor təşkilatları silsilə tədbirlər keçirməyə başlayıb. Litva Azərbaycanlıları Cəmiyyətinin bununla bağlı hazırladığı layihə çərçivəsində Vilnüsdə beynəlxalq elmi konfransın və xüsusi bayram mərasiminin təşkili, foto və tarixi sənədlərdən ibarət səyyar sərgilərin nümayişi, elmi müzakirələrin və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Diasporla İş üzrə Dövlət Komitəsindən YeniAvropa-ya bildiriblər ki, layihənin əsas hissəsi 1918-ci ildə əsası qoyulmuş müstəqil Azərbaycan-Litva dövlətlərarası əlaqələri müstəvisində gerçəkləşdirilir. Bu istiqamətdə artıq bir sıra tədbirlər artıq həyata keçirilib.
Oktyabr ayında Litvanın Varena rayonu Merkine qəsəbəsindəki Vintsas Kreve adına gimnaziyada Litva dövlətinin bərpa edilməsinin qarşıdan gələn 100 illik yubileyinə və Litva ədəbiyyatının məşhur klassiki, 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbinin müəllimi və 1919-1920-ci illərdə Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki ilk konsulu olmuş Vintsas Kreve-Mitskəviçyusun anadan olmasının 135 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Litva Ədəbiyyatı və Folkloru İnstitutu tərəfindən milli dil, ədəbiyyat və tarixi üzrə pedaqoji mütəxəssislər üçün təşkil olunmuş bu konfransda Azərbaycan və Baltik xalqlarının ədəbi, mədəni, tarixi və ictimai-siyasi əlaqələrinin tanınmış tədqiqatçısı, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev 1918-1922-ci illərdə Litva-Azərbaycan dövlətlərarası münasibətləri və V. Kreve-Mitskəviçyusun Bakıdakı diplomatik fəaliyyəti ilə bağlı çıxış edib.
Sonra bu mövzunun davamı olaraq Litvanın “Delfi” xəbərlər portalında Mahir Həmzəyevin rus dilində hazırladığı “Litvanın Bakıdakı konsulu V. Krevenin verdiyi “həyat vizaları”” başlıqlı tarixi essesi dərc olunub. Esse həmçinin, litvaca nəşr edilən nüfuzlu “Kulturos barai” jurnalında dərc olunub.
Bundan başqa, Litva Yazıçılar İttifaqının “Metai” aylıq bədii dərgisinin 2017-ci ilin noyabr-dekabr aylarında çapdan çıxmış 11-ci və 12-ci saylarında Mahir Həmzəyevin bu mövzuda daha bir geniş tədqiqat işi – litvalı yazıçı, dramaturq, pedaqoq və konsul Vintsas Krevenin Cümhuriyyət dövründə Bakı şəhər Dumasının üzvü və Litva konsulu olaraq burada göstərdiyi ictimai-siyasi, kulturoloji və təşkilati fəaliyyəti haqqında tarixi oçerkləri dərc olunub. Tədqiqatın növbəti hissəsi jurnalın 2018-ci ilin yanvar buraxılışında işıq üzü görəcək. Həmçinin bu materiallarla bağlı Vilnüsdə Litva Yazıçılar İttifaqının klubunda ölkənin yaradıcılıq ittifaqları və akademik dairələri təmsilçilərinin iştirakı ilə gələn ilin yanvar ayında “dəyirmi masa”nın keçirilməsi və ətraflı fikir mübadiləsi çərçivəsində tarixi-kulturoloji müzakirələrin aparılması planlaşdırılır.
Bu tədbirlərlə yanaşı, eyni zamanda, Facebook sosial şəbəkəsində Litva ictimaiyyətini Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və fəaliyyəti, eləcə də həmin dövr Litva-Azərbaycan dövlətlərarası münasibətlərinin tarixi ilə bağlı məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb