logo

Sabahdan məktəblilərin payız tətili başlayır

12:30 15-11-2019 | icon 23744
Sabahdan məktəblilərin payız tətili başlayır

Sabahdan Azərbaycanın orta məktəblərində payız tətili başlayır.

YeniAvropa xəbər verir  ki, bu barədə Təhsil Nazirliyindən bildirilib. Qeyd edilib ki,  2019-2020-ci tədris ilinin 5 günlük tətili noyabrın 16-dan 20-dək davam edəcək. Noyabrın 21-də isə dərs olacaq.

Tədris ilinin 5 günlük qış tətili 2020-ci ilin yanvarın 27-də başlayacaq və 31-də bitəcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.