logo

Bakıda “İtaliya Dizayn Günü” keçiriləcək

23:51 17-02-2018 | icon 2401
Bakıda “İtaliya Dizayn Günü” keçiriləcək

Martın 1-də Bakıda “İtaliya Dizayn Günü” keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu haqda  İtaliyanın Azərbaycandakı səfiri Augusto Massari bildirib. Onun sözlərinə görə,İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan İtaliyanın qabaqcıl texnologiyalarının təbliğini və müxtəlif sektorlar üzrə İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın qurulmasını nəzərdə tutan “İtaliya Dizayn Günü” Bakı ilə yanaşı dünyanın 100 ölkəsində qeyd olunacaq. Keçirilən tədbirin mövzusu “Dizayn və davamlılıq arasındakı əlaqə”dir.

Səfirin sözlərinə görə,İtaliya dizayn mədəniyyətinin yaradılması orta əsrlər intibah dövrünün emalatxanalarından başlayaraq yüksək estetik məzmunlu yenilikçi məhsullar yaratmaq üçün müxtəlif bacarıqları özündə birləşdirib. Sənaye dizaynı sahəsində aparılan araşdırmalar İtaliya iqtisadi inkişafının məhsulunun xarakterik elementinə çevrilib. Bu tip dizayn İtaliya mədəniyyətinin ruhuna aiddir və bu dünyada “Made in Italy” brendi kimi tanınır.

Səfir daha sonra qeyd edib ki, bu mövzu Bakıda Ekspo 2025-i keçirmək üçün namizədliyini irəli sürmüş Azərbaycan tərəfindən seçilmiş mövzu ilə uzlaşır. İtaliya memarlığı və dizaynı üzərində fokuslanan tədbir Bakı Media Mərkəzi və Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək. Tədbirlərdə dövlət və hökumət qurumlarının nümayəndələri, İtaliya və Azərbaycan memarları və dizaynerləri, Memarlıq və İnşaat Universitetinin tələbə və professor heyəti, yerli və xarici memar və dizaynerlər, İtaliya və Azərbaycan brendlərinin nümayəndələri, tikinti şirkətlərinin təmsilçiləri iştirak edəcək.