logo

Bakıda “Pekin təhsil sərgisi” keçiriləcək

20:49 12-11-2019 | icon 23849
Bakıda “Pekin təhsil sərgisi” keçiriləcək

Çin hökumətinin “Bir kəmər – bir yol” təşəbbüsünün inkişafı və Azərbaycan-Çin humanitar əməkdaşlığının genişlənməsi çərçivəsində noyabrın 13-də Bakıda “Pekin təhsil sərgisi” keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Dillər Universitetindən bildirilib.Qeyd edilib ki, Çin Xalq Respublikası təhsilinin 70 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan universitetləri ilə yanaşı, Pekinin 15 aparıcı təhsil müəssisəsi də iştirak edəcək. Pekin Bələdiyyəsinin Təhsil Komissiyasının Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil etdiyi sərgidə iştirakçılar Çində təhsil almaq və ölkələrimiz arasında tələbə mübadiləsi imkanları ilə tanış ola biləcəklər.