Tarixdə ilk dəfədir ki, çivi yazıların dilinin Türk dili olduğu faktı 34 fəsillik bu kitablarda öz əksini tapıb. Bəşər sivil dünyası ilə gil yazılı lövhələrə borcludur. Onlar türkündür. 8 min il bundan qabaq Babildə Türk ilk piktoqram yazıları icad edəndən sonrakı 2 min ildə onları çivi işarərələrinə çevirdi. Bundan sonra insan düşündüklərini nisbətən asanlıqla yazı vasitəsilə ifadə etmək imkanı qazandı. Bişkekdə fəaliyyət göstərən “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu” tərəfindən rus dilində nəşr edilən bu sambalı tədqiqat əsərində müəllif – professor Tariyel Azərtük yazır ki, bizim türk dilində olduqlarını təsdiqlədiyimiz yazılı mənbələrə çox böyük arealda rast gəlinir: “Babilden əlavə, onlara İribunyedə (İrəvanda), Naxçıvanda, Muğanda, Luristan və Təhti Cəmçid (Persepolis) və Həmədanda da var. Onlar türkün yaşadıqları coğrafi genişliyin tarixi nişanələridir. Kitab 10 minillik Türk tarixini danılmaz dəlillər və yazılı gerçək həqiqətlərlə təsdiqləyən yazılı abidədir.“Генезис тюрка и тюркского языка”(на основе клинописи) (rusca), “Genezis of turk and turksih language” (on the base of cuneiform) (ingilisce) –“Türkün qızıl kitabı” adlandirilan, 34 fəsildən ibarət "Türkün və türk dilinin kökəni (mixi yazılı mətnlər əsasında)" kitabları akademik səviyyədə yazılmış fundamental əsərlər olub, ilk dəfə dünyaya mixi yazılı mətnlərin dilinin türk dili olduğunu bəyan edir. Sayı 650-dən çox olan mixi işarələrin ilk deşifrəçiləri ingilis Raulinson, holland Hinks və fransız Oppert (1835-1856) bəzi mətnləri tərcümə edəndən sonra qərara gəlmişdilər ki, onların dili iltisaqi (aqqlütinativ, yapışqan) dil olub, türk dillərinə çox oxşayır. Əfsus ki, bu ideya sonradan sarpdırıldı və Şumer, Akkad, Urartu adlandırılan süni dillər peyda oldu. Biz bizə qədər bütün tədqiqatçılardan fərqli olaraq, səslərin, sözlərin oxşarlığına deyil, bütöv sətirlərin və mətnlərin tərcüməsinə baş vuraraq, "Semantik modelləşdirmə" adlandırdığımız metodla sübut edirik ki, mixi yazıları əlifba olmayıb (səslərin qrafikası), heca sisteminə əsaslandığından (ulular hecalara işarələr icad ediblər) və yazıda durğu işarələrindən istifadə edilmədiyindən, hər kəs onlara öz istədiyi kimi yanaşır. Nəticədə, yalan və boş sözlər yığnağından ibarət tərcümələr peyda olur. Onlar da sanballı dünya elm jurnallarının səhifələrini doldurur”. Müəllif qeyd edir ki, biz də modəlləşdirmə metoduna 40 illik araşdırmalar sonucu gəlmişik.
Azərbaycanca yazılan və 10 iri mətnin türkcə tərcüməsini özündə birləşdirən 472 səhifəlik “Əcdad” kitabı, (Azərbaycan türkcəsi, Sietl, 1997), bu sahədə alimin ilk tərcümə təcrübəsi idi. Adları çəkilən kitablar isə əvvəlki mətnlərin təkmil tərcümələri ilə yanaşı, bir çox yeni mətnlərin tərcümələrini də özlərində cəmləyir. "Ön söz əvəzi xülasə" adlanan ilk bölmədə kitabın yazılma məqsədindən, əsərləri təftiş edilib, yalan-palan olduğu üçün heçə endirilmiş müəlliflərə müraciətdən və alınan nəticələrdən söhbət açılır."Mixi yazıların dili "Şumercə," yoxsa türkcə səslənir?" adlanan birinci fəsildə Gil yazılı işarələrin yaranma və sirrlərinin açılma tarixinə baş vurulur, dünya alimlərinin bu sahədə atdıqları kobud səhvlərə diqqət çəkilir. Guya "Şumer, Akkad, Assir, Urartu" və s. xalqlara məxsus olduqları deyilən qədim sətirlərin modelləşdirilməsi sayəsində onların necə asanlıqla türkcə səslənmələri barədə faktiki misallar gətirirlir. Yapışqan, uzun hecalı kəlmələrlə zəngin olan (bəzən 10-12 heca) türk dilindən hansı yolla adları çəkilən süni dillər yaradılması mexanizmi göstərilən topluda bir daha təsdiq edilir. Süni dillərdən edilən süni tərcümələr də zəngin bəşər tarixini yağmalayır, mətnlərin baş-gözünə döyülərək ən müxtəlif sahələrə həsr edilmiş real mövzular boş-boş sözyığınına çevrirtdirilir. İnsan qəlbinin real yanğısı, istəyi, arzusu, zəkasının məhsulu heç zaman olmamış bir yığınla əvəz edilir. Mövzular Yerdən uzaqlaşdırılıb göylərlə bağlanır, mərkəzdə zəkalı İnsan deyil, cinlər, şəyatinlər durur, onlar mətnlərin baş qəhrəmanları kimi təqdim edilir. Bütün dünya üzrə edilmiş tərcümələri bir yerə yığsan, ulu nəsillərdən bircə sətirbaşı dəqiq məlumat almaq olmur. Fəslin ifşa obyekti bütövlükdə mixi yazıların tərcümələrini həyata keçirən dünyanın bir çox tədqiqatçılarının işləri tənqid edilir. 2-ci fəslində “Əcdad” kitabından sonra müəllifə (T.Azərtürkə) yazılmış məktublar və həmin əsərə verilmiş rəylər və qiymətlər toplanıb. Onlar müəllifin nə üçün gil yazılara yenidən girişdiyinin məqsədini yaxşı açdıqlarından, maraqla oxunur və bizə məlum olmayan elm sahəsinin çox sirlərinin çölə tökülməsində oxuculara kömək edir. Bu kitabın digər fəsillri də bir-birindən gərəkli mövzulara həsr edildiyi üçün oxucu və dil üzrə elmi araşdırma aparanlar üçün də maraqlıdır. Burada "Qədim Türkün yazılı dünyasına qısa səyahət", "Mixi işarələrin mənşəyi. Kimindir onlar?",- "İncildə türkizmlər","Mərduka yeni himn, yoxsa Mərdukun qəzəbi?","Bahar Bayramı Türkündür, yoxsa Farsın?" düşündürücü və oxunaqlı sərlövhəli fəsillər az deyil. Belə fəsillərin birində oxuyuruq: “Türkün indiyə qədər heç kəs tərəfindən müşahidə edilməyən əfsanəvi bir təbiətindən bəhs edir. Xəritələrlə sübut olunur ki, hara köçməsindən asılı olmayaraq Türkün tarixən məskən saldığı yer həmişə iki çay arteriyaları arasındakı münbit torpaqlar olub (Dəclə-Fərat, Kür-Araz, Araz-Səfidrud, Amu Dəya, Sır Dərya, Orxon-Yenisey və s.)”. Kitabın sonuncu – 34-cü fəslindən məlum olur ki, Ox yazıların, Herodotun, Strabonun, Pilininin, Roma və digər orta əsr yunan tarixçilərinin verdikləri məlumatlara söykənərək, müəyyən edilmişdir ki, Türkün doğulduğu Torpaq İkiçayarasıdır - Babildir. O həm də Aralıq dənizi sahillərində və indi Yunanıstan (Ellin) adlanan Pelasaqiya İ-də və Çanaqqala ərazisinə təsadüf edən Pelsaqiya İİ (Herodot) yaşayıb yaratmışdır. İndiyə qədər bilinməyən çoxsaylı türk xalqlarının adları aşkar edilmişdir: Troya türkləri olan Pelasçılar, Tevkirlər (Xeyirxah türklər), Ete ellilər, Tekerler, Atik və Adrikler, Kumıklar, Kengerler, Turşlar, Trk`ler (Türklər), Eteokiprler, Eteokritler və s. xalqlar Aralıq dənizinn tarixöncəki türkdilli xalqları sırasına daxil edilməlidirlər. Yadigar qalmış çoxsaylı dil əlamətləri bütün sadalananları türkdillilərin əcdadları hesab etməyə tam imkan verir. Babilan türklərinin gil yazıları bütün dünya əlifbalarına təkan verən qüvvə olduğu kimi, Pelasq əlifbası da etrusk, yunan, latın və türkün Orxon-Yenisey runisinin əsasında duran yazıdır.