Noyabrın 7-də Milli Məclisin daha beş komitəsinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında Qanun layihəsinin müzakirəsi keçirilır.
YeniAvropa xəbər verir ki, iclas Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova açıb. O, bildirib ki, proqnozlaşdırılan büdcə gələn il qarşımızda duran vəzifələrin öhdəsindən gəlməyimizə imkan verəcək: " Əhaliyə ödənişlərin məbləği artacaq, eləcə də büdcəyə daxilolmaların həcmi çoxalacaq".