Fevralın 16-da saat 11 radələrində SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş verib. YeniAvropa xəbər verir ki, məlumatı şirkətdən təsdiqləyiblər.Qeyd olunub ki, İnstitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib.
1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzifəsində işləyib.
İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depressiyadan əziyyət çəkib və müalicə olunurdu.
Hadisə ilə bağlı araşdırma aparılır. SOCAR kollektivi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.