Z.Nağdəliyev bildirib ki, Azərbaycanda seçkilərdə 1000 veb-kameralar quraşdırılır: "Qarşıdan gələn prezident seçkilərində də bu sayda veb-kamera quraşdırılacaq ki, dünyanın hər yerindən hər kəs seçkiləri izləyə bilsin. Kameralara özümüz də baxırıq, nöqsanları qeydə alırıq, səslərin hesablanması zamanı kameralar həmin nöqtəyə tuşlanır".
O vurğulayıb ki, seçkilərin yüksək səviyədə keçirilməsində dairə seçki komissiyalarının sədrlərinin böyük rolu var: "Əsas vəzifəmiz ondan ibarətdir ki, demokratik və şəffaf seçkilər keçirməklə ölkəmizin nüfuzunu qoruyub saxlayaq və daha da artıraq, əvvəlki təcrübəyə əsaslanaraq seçkiləri daha mütəşəkkil və şəffaf keçirək”.(Trend)