Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları birgünlük işləməyəcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən YeniAvropa -ya bildirilib ki, Böyükşor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti birgünlük dayandırılacaq.
Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.