logo

TRACECA-nın Azərbaycan hissəsində 35 milyon ton yük daşınıb

13:59 18-10-2019 | icon 3171
TRACECA-nın Azərbaycan hissəsində 35 milyon ton yük daşınıb

Bu ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin(TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 34 milyon 876,6 min ton, yük dövriyyəsi isə 7 milyard 345,2 milyon ton-kilometr olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, yüklərin 22 milyon 956,7 min tonu və ya 65,8 faizi avtomobil nəqliyyatı, 8 milyon 517,9 min tonu və ya 24,4 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 402 min tonu və ya 9,8 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,4 faizini və ya 5 milyon 383,9 min tonunu tranzit yüklər təşkil edib.