İran MDB ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasına daimi üzv seçilib
İran MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasına daimi üzv seçilib.
YeniAvropa xəbər verir ki, Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilib. Şuraya assosiativ üzv olan İranı bu sessiyada İran Dövlət dəmir yolları idarəsinin baş direktoru Səid Rəsuli təmsil edib.
Şuranın işində tamhüquqlu üzvlərindən başqa, Gürcüstan, Latviya və Finlandiya kimi assosiativ üzv olan dövlətlərin də nümayəndələri iştirak ediblər. İlk dəfə olaraq, bu tədbirə Türkiyə və Monqolustanın da dəmir yolu idarələrinin rəhbərləri qatılıblar.
Qeyd edək ki, MDB dövlətləri ilə yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmentinin formalaşmasında adıçəkilən ölkələr də iştirak edirlər. Bu işdə Azərbaycan ilə İran xüsusi rola malikdirlər. Belə ki, Asiya ilə Avropanı birləşdirəcək 7200 kilometrlik dəmir yolu xətti İrandan başlayaraq Azərbaycan və Rusiya ərazisindən keçərək Finlandiyaya qədər uzanacaq. Asiyadan Avropaya daşınan yüklər İranın Bəndər Abbas və Sakin okean sahilindəki Çabahar limanlarına daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə Helsinkiyə daşınacaq.
Xatırladaq ki, Rusiya ilə Azərbaycanın dəmir yolları hələ SSRİ dövründən bir-biri ilə əlaqələndirilib. İran isə bu sistemə Rəşt-Astara dəmir yolu vasitəsilə birləşəcək. Hazırda bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan və İran Astarasını birləşdirən dəmir yolu körpüsü isə hazırdır və istifadə edilir.
İranın bu Şuraya üzv olması işlərin sürətləndirilməsi və digər problemlərin həllini asanlaşdıracaq.
Şura 1992-ci ildə yaradılıb və mənzil-qərargahı Moskvadadır.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb