logo

Ramiz Rzayev yenidən Ali Məhkəməsinin hakimi təsdiqlənib

14:26 13-02-2018 | icon 2212
Ramiz Rzayev yenidən Ali Məhkəməsinin hakimi təsdiqlənib

 Milli Məclisin qərarı ilə Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.YeniAvropa xəbər verir  ki, Milli Məclisin qərarı 2018-ci il fevralın 25-dən qüvvəyə minir.

Xatırladaq ki, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Layihədə bildirilib ki, Ali Məhkəmənin hakimi səlahiyyətlərinin müddəti 2018-ci il fevralın 25-də bitən Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsinə baxılması tövsiyə edilib

Layihə bügünkü plenar islacda səsə qoyulub və qəbul edilib. 

Qeyd edək ki,  Ramiz Rzayev bundan əvvəl də Ali Məhkəmənin hakimi olub.