logo

Bakı-Gəncə sürət qatarının marşrutu Ağstafayadək uzadılacaq

15:15 11-10-2019 | icon 3150
Bakı-Gəncə sürət qatarının marşrutu Ağstafayadək uzadılacaq

“Azərbaycan Dəmir Yolları" QSC-nin gələcək hədəfləri açıqlanıb.

YeniAvropa xəbər verir  ki,  bu barədə jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Bakı-Gəncə sürət elektrik qatarının marşrutunun Ağstafaya qədər uzadılmasını, Balakən istiqamətində dəmir yolu xəttinin yenidən qurulmasını, dəmir yolunda elektrikləşdirmənin səviyyəsinin artırılmasını, iki yeni deponun istifadəyə verilməsini planlaşdırır.

Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınmasının gecikməsi məsələsinə də aydınlıq gətirib: “Əslində, biz tam hazırıq. Amma bizdən asılı olmayan bəzi səbəblər var, məsələn, gürcülər və türklərin bu qatarları aparmağa özlərinin lokomotivləri yoxdur, onlarda tormoz sistemləri yoxdur. Bu istiqamətdə danışıqlar bu gün də davam etdirilir. Biz də çalışırıq ki, onlara kömək edək”.