Bu gündən Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir.
YeniAvropa xəbər verir ki, fevralın 12-dən etibarən Həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (XİN) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4*6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.
Eyni zamanda bu ilki Həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta Həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin qiyməti 4150 dollardır (təxminən 7000 manat).