Sentyabrın 28-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin Azərbaycan Arıçılar Assosiasiyası ilə birgə təşkilatçılığı ilə Tofiq Bəhramov adına stadionun ərazisində arıçılıq məhsullarının 20-ci respublika sərgi-satış yarmarkası açılıb.
YeniAvropa xəbər verir ki, açılış mərasimində çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov aqrar sektorun inkişafında arıçılığın xüsusi yer tutduğunu vurğulayıb. Onun sözlərinə görə, son 2 ildə arı ailələrinin sayı 2 dəfə artıb. Ötən il isə 503 min arı ailəsi mövcud olub ki, bu da yüksək göstəricidir. Bu, həm də ölkənin ixrac potensialına layiqli töhfə verəcək.
Yarmarka oktyabrın 18-dək davam edəcək.