Gəncə şəhərinin T.Arani küçəsində su xətlərinin çəkilişi ilə məşğul olan təşkilata məxsus texnika qazıntı işləri apararkən diametri 110 millimetrlik qaz xəttini zədələyib.
YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, səhər saatlarından həmin ərazidə mindən çox abonentin qaz təminatı dayandırılıb. Qaz təchizatının saat 12:00 radələrində bərpası planlaşdırılır.