logo

Bayıl yamacında sürüşmə baş verib

20:23 10-02-2018 | icon 2184
Bayıl yamacında sürüşmə baş verib

Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir. YeniAvropa xəbər verir  ki, bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədirlər: “Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.

Xatırladaq ki, bu gün səhər Bayıl yamacında sürüşmə baş verib. Bu haqda  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. Ə.Qaralov bildirib ki, hazırda ekspedisiyanın əməkdaşları sürüşmə ərazisinə yollanıb: “Əlavə məlumat veriləcək”.

 Yerli sakinlər isə bildirblər ki,  sürüşmə nəticəsində 5-6 evə ziyan dəyib, işıq dirəkləri aşıb. Ərazidə sürüşmə prosesi davam edir.(APA)