SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın baş naziri Giorgi Qaxaria ilə görüşüb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı, SOCAR-ın bu inkişafa verdiyi töhfələr, eləcə də şirkətin Gürcüstandakı kommersiya fəaliyyətinin strateji istiqamətləri müzakirə edilib.
SOCAR-ın rəhbərliyi, həmçinin Marneuli rayonunun ağsaqqalları və yerli icma nümayəndələri ilə də görüşüb. Görüşdə SOCAR-ın Gürcüstanda həyata keçirdiyi sosial layilər barədə müzakirə aparılıb, Gürcüstanın Azərbaycan icmasının sosial problemləri, o cümlədən qonşu ölkədə təhsil alan yerli azərbaycanlıların təhsil sahəsində üzləşdiyi problemlərdən və həlli yollarından söhbət açılıb, ağsaqqalların təklifləri dinlənilib.