Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Şərab Evinin açılması planlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 26-da keçirdiyi mətbuat konfransında deyib.
"Hazırda bu istiqamətdə işlər görülür. Düşünürəm ki, noyabrın sonu - dekabrın əvvəlində Sankt-Peterburqda Şərab Evinin açılışı baş tutacaq", - deyə Y.Abdullayev qeyd edib.