“Bakcell” qadınların məşğulluğunun artırılmasına dəstək olur
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin dəstəyi ilə həyata keçirilən növbəti layihə regionlarında yaşayan qadınlara öz bizneslərini qurmaq üçün zəruri bilik və bacarıqlara yiyələnməkdə kömək edir.
YeniAvropa xəbər verir ki, “İnformasiya texnologiyaları vasitəsilə Salyan və Sabirabadda qadınların liderlik bacarığının artırılması” layihəsinin əsas məqsədi adıçəkilən rayonlarda qadınları İKT alətləri ilə tanış etmək, bu sahədə onların bilik və bacarıqlarını artırmaq və yeni texnologiyalar vasitəsilə qadınların liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir. Bu məqsədlə qadınlar üçün “Şəbəkələşmə”, “Məşğulluq, peşə və əlavə gəlir”, “Karyera planlaması”, “Daxili motivasiya və hədəflərinə çatma” və digər mövzularda seminar və vebinarlar təşkil olunub. Layihə çərçivəsində yaradılan “www.azqrm.net” portalında bacarıqların artırılması ilə bağlı vebinarlar və fərdi inkişafla bağlı digər faydalı məlumatlar yerləşdirilib. Bu portal vasitəsilə hər iki rayonun Qadın Resurs Mərkəzinin üzvləri mərkəzə gəlmədən məşğulluq və bizneslə məşğul olmaqla bağlı məlumat mübadiləsi apara biləcəklər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) tərəfindən yaradılmış Sabirabad Qadın Resurs Mərkəzinin nəzdində yaradılan “Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin “Bakcell”in dəstəyi ilə icra etdiyi layihə Sabirabadda 95, Salyanda isə 84-dən çox iştirakçını əhatə edib. Onlardan 6 nəfəri yaşadıqları rayonlarda şəxsi bizneslərinə başlamaq üçün ilk addımlarını atıblar.
Qeyd edək ki, “Bakcell” şirkəti özünün genişmiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb