Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. YeniAvropa "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, mikroavtobusun yük avtomobili ilə toqquşması nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb, 8 nəfər yaralanıb.
Ankaradan Kahramanmaraş istiqamətində hərəkət edən mikroavtobus hələlik məlum olmayan səbəbdən yük avtomobilinə çırpılıb.
Hadisə yerinə çoxsaylı polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.
Qəzanın səbəbləri araşdırılır.