Paytaxtda bir gecədə dörd obyektdən oğurluq edən yeniyetmələr saxlanılıb
Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən paytaxt ərazisində gecə saatlarında obyektlərdən edilən oğurluq cinayətlərinin qarşının vaxtında alınması işi uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, fevralın 9-da gecə saatlarında Bakıxanov qəsəbəsindəki xüsusi texniki vasitələrlə qorunan şirniyyat evlərindən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Dərhal Sabunçu rayon Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları bir neçə saniyə ərzində həmin ünvana çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluq edildiyi müəyyənləşdirilib.
Həmin cinayəti törətməkdə şübhəli bilinən, iki nəfər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq 13-cü polis bölməsinə təhvil verilib. Saxlanılan şəxslərin üzərilərinə baxış keçirilən zaman qeyd edilən obyektdən oğurladıqları bir ədəd planşet və mobil telefon aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyələşdirilib. Araşdırma zamanı yetkinlik yaşına çatmayan bu şəxslərin tutulanadək elə həmin gecə Sabunçu və Nizami rayonlarında ümumilikdə dörd geyim dükanı, mağaza və daha bir şirniyyat evindən oğurluq etdikləri, eləcə də oğurluğa cəhd göstərdikləri məlum olub. Onlar Bakıxanov qəsəbəsindəki geyim mağazasından bir qol saatı və bijuteriya əşyaları oğurlayıblar. Eləcə də həmin ünvanda yerləşən daha bir şirniyyat evindən oğurluğa cəhd göstəriblər. Bundan başqa, saxlanılan şəxslər Nizami rayonundakı uşaq aləmi mağazasından üç ədəd, hər birinin qiyməti təxminən 700 manat olan velosiped də oğurlayıblar.
Saxlanılan şəxslərin törətdikləri oğurluqlar həmin obyektlərin təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Onlar barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəhbərliyi bir daha əhalini əmin edir ki, mühafizə polisinin xidmətlərinə etibar edərək onlarla müqavilə bağlayan subyektlərə məxsus bütün mülkiyyət formaları 24 saat etibarlı şəkildə qorunur.
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov
Yol polisi küləkli hava ilə bağlı sürücülərə müraciət edib