Texniki nasazlıq səbəbindən Azərbaycan Hava Yollarının(AZAL) J2-808 Moskva (VKO) - Bakı (GYD) reysi yubanır.YeniAvropa xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, texniki nasazlıq uçuşdan sonra aşkarlanıb və bununla əlaqədar olaraq hava gəmisinin komandiri "Vnukovo" hava limanına qayıtmaq barədə qərar qəbul edib.
Bu reysin sərnişinləri Bakıya daha tutumlu təyyarə ilə - bugünkü J2-809 reysi ilə göndəriləcək.
Bakı vaxtı ilə planlaşdırılmış uçuş vaxtı saat 16:30 Yerli vaxtla "Vnukovo" aeroportuna eniş isə Yerli saat 18:40-da nəzərdə tutulub
Qeyd edilib ki, lazım gələrsə aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinlərinin bütün lazımi ehtiyacları təmin olunacaq.
Aviaşirkət yaranan narahatlığa görə üzr istəyir.