Səkkiz ayda Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul göndərib.
YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.Qeyd edilib ki, Azərbaycanın yanvar-avqust aylarında MDB ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkələr Rusiya, Ukrayna və Qazaxıstandır. Rusiyaya ixrac olunan məhsulların dəyəri 457 milyon 742 min ABŞ dolları, Ukraynaya 276 milyon 383 min dollar, Qazaxıstana isə 17 min 399 dollar olub.