logo

Şirvan şəhər İcra Hakimiyyətidə nələr baş verir?

21:46 09-02-2018 | icon 2128
Şirvan şəhər İcra Hakimiyyətidə nələr baş verir?

Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar regionlara da təsirini göstərib. Artıq bir sıra iri şəhər və rayonlar dövlət büdcəsindən ayrılan vəsait hesabına deyil, yerli gəlirlər vasitəsilə idarə olunur. Lakin buna baxmayaraq bölgələrin daha da inkişaf etdirilməsi məqsəilə prezident İlham Əliyev rayon və şəhər icra hakimiyyəti baçılarına xarici investorların cəlb edilməsi tapşırığını verib. Əlavə edib ki, rayon və şəhər icra hakimiyyəti başçılarının fəaliyyətinin qiymətləndirilməsində bu amil xüsusi rol oynayacaq. Lakin Prezidentin rayon icra hakimiyyətlərinin başçılarına “ xarici investorlar cəlb etmək” tapşırığı deyəsən bəzi icra hakimiyyəti başçıları tərəfindən əksinə icra edilməkdədir. Belə ki, bir sıra icra hakimiyyəti başçıları rəhbərlik etdikləri rayonlara xarici investorları cəlb etmək əvəzinə, rayonda fəaliyyət göstərən idarə və müəssiələrə “tass qoymaqla” öz təsirləri altına salmağa çalışırlar.  

YeniAvropa-ya daxil olan məlumata görə, Şirvan şəhərində də belə hallar müşahidə olunmaqdadır. Məlumatda qeyd edilir ki, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalovun müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayevanın göstərişi və birbaşa rəhbərliyi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisələrin fəaliyyətinə qanunsuz müdaxilələr edilir.

Belə ki, şöbə müdirinin tapşırığına əsasən Şirvan şəhər Mərkəzi Xəstəxanası, Şirvan şəhər Doğum Evi və Şirvan Müalicə-Diaqnostika Mərkəzində qeyri-qanuni yoxlamalar həyata keçirilir, əməliyyat otqaqlarında çəkilişlər aparılır. Tabel kitabları yoxlanılır, xəstəxanaya müraciət edənlərin siyahısı araşdırlır.

Məsələ orasındadır ki, aparılan yoxlamalar zamanı xəstəxanaların fəaliyyət dairəsinə aidiyyatı olmayan suallar ortaya çıxır ki, burada da məqsəd sözügedən səhiyyə ocaqlarını təsiri altına almaqdır.

Qeyd edək ki, bəzi rayon İcra hakimiyyətlərində hökm sürən bürokratik sistem və icra başçılarının korporativ maraqları dövlət və özəl müəssisələrin normal fəlaiyyətinə çoxsaylı maneələr yaradır. İcra başçılarının özünü “kiçik padşah” hesab edərək rayonda öz qanunlarını tətbiq etməsi ölkədə mövcud olan demokratik siyasi idarəçiliyə kölgə salmış olur.

Belə neqativ halların xüsusilə prezident seçkisi ərəfəsində özə çıxması heç də müsbət hal kimi dəyərləndirilə bilməz.